NEYMAR rəqibləri üçün geri döndü - FİFA DÇ-2022

FİFA DÇ-2022-nin qrup mərhələsində bu gün son oyunlar yekunlaşır. SİA xəbər verir ki, qrup mərhələsində bu axşam 23:00-da Braziliya - Kamerun oyunu olacaq. Bundan öncəki Braziliya və Serbiya ( 2-0) qarşılaşmasında Braziliya milli komandasının əsas hücumçusu Neymar Jr sağ ayağının topuğu burxulmuşdu. Qarşılaşmadan sonra Braziliya milli komandasından verilən açıqlamada Neymarın digər oyunlarda çıxıb-çıxmayacağı məlum olmadığı bildirilmişdi. Bu gün Braziliyanın rəsmi instaqram səhifəsində Neymarın zədəsinin sağaldığının və qarşılaşma öncəsi hazırlıqlarda iştirak etməsinin görüntüləri paylaşılıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə