Rusiya ilə Ukrayna arasında gedən müharibə nəticəsində həm rus vətəndaşları və hərbiçiləri həm də ukrayna vətəndaşları və hərbiçiləri həlak olmuşdur. Hər iki dövlətdə bizim soydaşlarımızda yaşayır. Istər Rusiya istərsə də Ukraynada bir çox azərbaycanlı vətəndaşlarımız var və onuda qeyd edə bilərik ki, həlak olanların içərisində bizim də vətəndaşlarımız olub. Bəs həm soydaşlarımızın təhlükəsizliyi həm də bu müharibənin sonunun necə bitəcəyi ilə bağlı SİA şəhər sakinlərinin fikrini öyrənməyə çalışıb.
Şəhər sakini Gülmirə Müseyibova: Rusiya Ukrayna müharibəsində təsir edən amillərdən biri qida ilə bağlıdı. Düşünürəm ki, hər iki ölkənin iqdisadiyyatına böyük bir təsiri olmuşdur. Və bundan əlavə olaraq istər Ukraynada istərsə də Rusiyada yaşayan soydaşlarımızada müharibənin olması böyük problemlər yaşadır. Ən çox isə iş sahələrində və təhsil sahəsində geriləmələr olur. Orada oxuyan soydaşlarımızın təhsil sahəsində problemlər yaşayır və bunu nəzərə alan dövlətimiz öz soydaşlarını geri çağırdı və burada onların təhsilini davam etdirmək üçün müəyyən şərait yaradıldı.
Şəhər sakini Qorxmaz Paşayev: İlk öncə onu deyə bilərəm ki, biz sülh və əmin-amanlıq tərəfdarıyıq. Çünki hər iki tərəf də insanlar ölür, şəhərlər bombalanır, günahsız uşaqlar və qadınlar, qocalar həyatlarını itirirlər. Və biz istəyərik ki, sülh olsun heç kəs ölməsin insanlar rifah içərisində yaşasınlar. Hər iki tərəfdə siyasi rəhbərlik bu məsələ ilə bağlı məsuliyyət daşıyır və hər iki tərəfin sülhə gəlməsi daha məqsədə uygun olardı. Və bunuda qeyd etmək istəyərdim ki, bizimdə Ermənistan ilə olan münaqişəmizdə Ukrayna bizə hər zaman öz dəstəyini vermişdir. Eyni zamanda Rusiyanında siyasi rəhbərliyi bizim məsələyə qarışmışdır. Və necə ki, hər iki dövlət bizi sülhə dəvət edirdilərsə bizdə ər iki dövlətə deməliyyik ki, onlarda sülhə gəlməlidirlər.
Şəhər sakini Banuçiçək Hüseyinli: Rusiy-Ukrayna mübarizə artıq uzun müddətdir ki, davam edir. Bu iki dövlət arasında baş verən hadisələr bütün regiona təsir edir. Yəni güclü dünya ölkələrinin bu iki dövləti bir-birinə qaldırması heç kimin xeyrinə olmadı.
Şəhər sakini Tamerlan Qasımlı: mən bir azərbaycan vətəndaşı olaraq deyə bilərəm ki, rusiya ilə ukrayna arasında gedən müharibə nəticəsində bir çox insan həlak olmuşdur. Təbii ki, isdər öz soydaşlarımız olsun isdərsə də digər vətəndaşlar olsun təhlükə altında yaşayırlar. Biz istəyirik ki, hər iki dövlət sülh halında yaşasınlar ölkədə rifah olsun və insanlar ölməsin.
Şəhər sakini Günel Ağayeva: Bilirik ki, hər iki ölkədə bizim soydaşlarımız yaşayır. Rusiya yaşayan həmyerlilərimiz oraya işlə bağlı istərsə də ukraynada yaşayan həm yerlilərimiz təhsil və işlə bağlı orada yaşayırlar. Bu müharibə orada yaşayan hamı kimi bizim soydaşlarımızada cox pis təsir edir. orada təhsil alan bir çox tələbə soydaşlarımız təhsillərini yarımçıq qoyaraq geri qayıtdılar. biz istəyirk ki, müharibə olmasın və hamı sağlam və gözəl bir ruhda yetişən bir ölkədə yaşasın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB