Ailələrdə boşanmaların qarşısını necə almaq olar? - QURUM RƏSMİSİ AÇIQLADI

"Əvvəlki illərlə müqayisədə boşanmaların sayında son statistikaya əsasən nəzərəçarpacaq dərəcədə görünən azalma sayı və eyni zamanda nikahların sayında olan artım əlbəttə ki sevindirici haldır. Mövcud problemin həlli istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri, görüşlər eyni zamanda aparılan araşdırmalar və bunun nəticəsində boşanmalara səbəb olan problemlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birgə həyata keçirilən fəaliyyətin rolu danılmazdır". Bu fikirləri SİA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu söyləyib.

Onun sözlərinə görə, eyni zamanda təcrübə göstərir ki, ölkəmizdə yeni xidmət olaraq həyata keçirilən mediasiya da özünü doğrultmaqdadır: "Təbii ki, problemlər hələ də tam olaraq həllini tapmayıb, lakin nikahların sayında olan artım bu istiqamətdə siyasətin düzgün həyata keçirildiyini sübut edir. Ailə dəyərləri, ailə münasibətləri ümumilikdə ailə məfhumu xalqımız üçün çox müqəddəsdir. Ailə ətrafında, daxilində baş verən istənilən narahatlıq cəmiyyəti narahat edir. Odurki ailə ilə bağlı işlər hər zaman dövlətin prioritetidir".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə