"Hüseyn Cavidə olan ehtiram hər zaman var olacaq" DEPUTAT ŞƏRH ETDİ
"Hüseyn Cavid Azərbaycan ədəbiyyatının daim diqqət mərkəzindədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, Hüseyn Cavid yaradıcılıq etibarilə heç bir şəxsə bənzəməyən çox böyük mütəfəkkirdir: "Hüseyn Cavid Azərbaycan ədəbiyyatında, xüsusilə dramaturgiyada Sovet hakimiyyətinin ilk illərində ən məşhur sənətkarlardan biri olub. Hüseyn Cavid daim insanlar tərəfindən sevilib və qiymətləndirilib. Sovet dövrünün əvvəlində o hər hansı bir təqibə məruz qalmayıb. Azərbaycan dramaturgiyası Sovet dövründə "Cavid dramaturgiyası" ilə tanınıb. Hüseyn Cavid repressiya məruz qalıb. Mükəmməl şəxsiyyətə malik olan böyük ustad Cavid Sovet ideologiyası tərəfindən müzakirə oluna bilməzdi. Belə şəxsiyyətləri, adətən, heç bir siyasi sistem cəzalandırmır və günahlandırmır. Çünki belə şəxslərin hər hansı bir sistemlə məhdud mübarizəsi olmur. Amma Hüseyn Cavidə qarşı Sovet idieologiyası nə qədər böyük insafsızlıq və ləyaqətsizlik sərgilədi. Belə bir böyük şəxsiyyətin məhvinə səbəb oldu. Amma onu başqaları kimi hansısa münaqişəyə çəkə bilmədi. Hüseyn Cavid ömrünün axırına qədər heç bir cılız mühakimələrə getmədən, öz böyük şəxsiyyətini hər zaman qorudu və saxladı. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşi 40 il öncə uzaq Sibirdən vətəninə gətirildi və məzarı üzərində məqbərə ucaldıldı. Hüseyn Cavid hər il xatırlanmalıdır. Hüseyn Cavidin xüsusi olaraq yubileyi qeyd olunmalıdır. Hüseyn Cavid tək Azərbaycan üçün yox, insanlıq üçün böyük bir ədəbi məktəbdir. Böyük şəxsiyyətlər gərək daim anılsın. Hüseyn Cavidə olan ehtiram hər zaman var olacaq. O özündən sonra gələn istedadlı gənc ədiblərin formalaşmasına böyük töhfə verib. Hüseyn Cavid mütəvazi bir uzaqgörənliyə malik olub. O, Azərbaycan xalqının düşüncəsinin, ədəbiyyatının mənəviyyatının simvoludur. Ona görə də biz dövlət başçımız Cənab İlham Əliyevə minnətdarıq ki, Hüseyn Cavidə daim qayğı göstərib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB