Xalq təbabəti insanı aldadır? - AİB SƏDRİ AÇIQLADI

“Xalq təbabəti bəzən toxunulmazlıqlarından istifadə edib ekstrimizmə doğru gedirlər. Misal olaraq ilanla, qurbağayla, arıyla və s. cürbəcür otlarla müalicə edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədri bildirib ki, xalq təbabətinin bu cür insanları aldatması yol verilməzdir və hansı otdan gəldi istifadə etmək məsləhətli hesab olunmur: “İnsanlar elə bilir ki, bütün kimyəvi dərmanlar otdan hazırlanır, əslində, bu belə deyil. Əksər dərmanlar kimyəvi qatqılardan hazırlanır. Hər bir insan narahatlıq hiss etdiyi təqdirdə bilmədiyi otları dəmləyib içməsi doğru deyil. İnsanların sağlamlığında bu ciddi narahatlıq doğurur. İnsanlar öz xəstəlikləri barədə həkim qəbulundan keçməli və analiz verməlidir. Klassik təbabət ilə akademik təbabət daima mübarizədədir. Akademik təbabət klassik təbabətdə nə varsa hər birini mənimsəyib. Akademik təbabət dünyada böyük epidemiyaların qarşısını alıb. Lakin xalq təbabəti akademik təbiətdən daha əvvəl mövcud olsa da, onun özünəməxsus xüsusiyyətlərini akademik təbabət mənimsəyib. Bununla belə akademik təbabət ilə xalq təbabəti bütün dünyada birgə şəkildə irəliləyir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...