Mərəçöyüdün faydaları nələrdir? - MÜTƏXƏSSİS AÇIQLADI

"Mərəçöyüd və ya qulançar adlanan bu bitki, respublikamızda ən çox Naxçıvan MR-nın bütün rayonlarında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba–Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, bəzi dillərdə bu bitki asparagus, sparja, kuşkonmaz, kamamuri, kumi saqqızı kimi ifadə olunur: "Bitkinin yaşı çox qədimdir, Qədim Roma da 4000 il öncə isə Misirdə tanınırdı.

Bu bitkinin mətbəxdə də xüsusi yeri var və ən çox salatlar da çiy və ya azca pörtləmiş şəkildə istifadə olunur. Qırmızı ət məhsullarına da qarnir olaraq çox yaraşır".

Mütəxəssis sözlərinə davam edərək həmçinin qeyd edib ki, qaydalarına gəlincə mərəçöyüdün faydalarını saymaqla bitməz: "Sadəcə qısa olaraq onu deyə bilərəm ki, tərkibində k vitamini zəngin olduğuna görə orqanizmdə kalsiumun sovrulmasına yardımçı olur. Bununda təbii olaraq sümüklərə və ümumilikdə skletə çox faydaları var.

Tərkibindəki glutathione sayəsində stress zamanı bədəndə əmələ gələn sərbəst radikalların bədəndən çıxarılmasını təmin edir və probiotik tərkibə malik olduğu üçün immunitet sistemini də gücləndirir.

Mərəçöyüd yüksək qan təzyiqini tənzimləməyə yardımçı olan kalium mineralı ehtiva edir. Kalium qan damarlarının divarlarını genişləndirərək və artıq duzu idrar vasitəsilə çıxararaq qan təzyiqini azaldır.

Kimlərə məsləhət görülmür?

1. Köpdən əziyyət çəkənlər az istehlak etməsələr məsləhətdir, çünki mərəçöyüd tərkibindəki rafinoza adlanan karbohidrat səbəbi ilə də köpə səbəb ola bilər.

2. Zanbaq ailəsinə qarşı allergiyaya meylli insanlar diqqətli olmalıdırlar.

3. Gut xəstəliyi, böyrək daşı, sidik turşusu ilə bağlı problemləri olan insanlar mərəçöyüd yeməkdə ehtiyatlı olmalıdırlar, çünki tərkibində purinlər var".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə