Xurmanın daha bir faydası BƏLLİ OLDU - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

"Xurmada olan kaxetin və polifenollar iltihab önləyici və antiseptik xüsusiyyətlərə malikdir. Xurmanın çox faydaları var". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, xurmanı normadan artıq istehlak etmək də olmaz: "Gün ərzində normal olaraq 10-12 ədəd xurma çayla yemək faydalıdır. Daha çox yaşıl və ya dağ otları ilə hazırlanmış çayla tükətmək məsləhətlidir. Çünki, bildiyimiz kimi indi qırmızı çayın içinə rəng qatırlar".

Mütəxəssis sözlərinə davam edərək həmçinin qeyd edib ki, bütün bu deyilənlər sağlam insanlar üçün nəzərdə tutulur: "Qeyri-sağlam insanların çox sayda xurma istehlak etməsi düzgün deyil. Məsələn, xurma qanda şəkəri artıran bir qida olduğu üçün şəkər xəstəliyi olan insanlar qida rasionunu aşdıqları zaman onlar üçün müəyyən fəsadlar yarada bilər. Ona görə də belə xəstəliyi olan insanlar diqqətli olmalıdır. Ümumiyyətlə bal, bəhməz, xurma, kişmiş, qaysını boş karbohidrat olan şəkər alternativi kimi göstəririk. Amma bunların da həddindən artıq istehlak olunması qanda şəkər artımına gətirib çıxara bilər. Bunlarla yanaşı, xurmada kalium və maqnezium da var ki, bunlar ürək əzələləri üçün faydalıdır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə