Satışda olan çiyələk, alça və pomidor hansı xəstəliklərə səbəb ola bilər? - DİQQƏT

"Hazırda satışda olan çiyələk və pomidor süni yetişdirilib, nitratlarla zənginləşib. Yəni, bu, təbii deyil. Bu zaman isə o, metobalizma sistemimizə təsir edəcək və qaraciyərin yüklənməsinə səbəb olacaqdır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Leyla Zülfüqarlı deyib.

Onun sözlərinə görə, orqanizma üçün uyğun olamayan yad maddələr var: "Bundan əmələ gələn bir sıra xəstəliklər ola bilər. Məsələn, bağırsaq, böyrək, qaraciyər, həzm sisteminin xəstəlikləri və ümumi götürsək, ən çox azyaşlılarda təsir edir. Bunun formunda hormonal dəyişiklik baş verir".

Leyla Zülfüqarlı sözlərinə belə davam edib: "Bəzən biz piylənmənin məhz bu tip geni dəyişdirilmiş, daha çox müdaxilə olunmuş qidaları yedikdə müşahidə edirik. Süni qidalar ortalığa bu cür xəstəliklər çıxara bilir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə