Öz-özünə danışmaq psixoloji xəstəlikdir? - VACİB MƏQAM - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

"Həyatında baş verən problemlərlə əlaqədar insanlar öz-özünə danışmağa başlaya bilər. Bu, tükənmişlik sindromundan da irəli gələ bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nəzirova deyib.

Onun sözlərinə görə, tükənmişlik sindromu yorğunluq, yuxusuzluq, iştahsızlıqla yanaşı insanın öz-özünə danışmasına da gətirib çıxarır: "Öz-özünə danışan insanlara xəstə demək olmaz. Yəni, bunun psixoloji xəstəliklə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq daxili tələbatlarını yüksək səslə ifadə edirlər. Belə olan təqdirdə həmin insanın tələbatının ödənib-ödənmədiyi məlum olur".

Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, yorğunluq nəticəsində də öz-özünə danışmaq halı baş verə bilər: "Eyni zamanda, öz-özünə danışma prosesi bir müddətdən sonra artıq insanı bezdirə bilir. Özündə bu halı müşahidə edən insanlar vaxtında psixoterapevtə müraciət etməlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə