Hər bir meyvə vaxtında yetişdirilməli və vaxtında yeyilməlidir - MÜTƏXƏSSİS AÇIQLAMA VERDİ

"Vaxtından tez yetişən qidaların insan orqanizminə heç bir faydası yoxdur. Beyni mutantlaşmağa doğru getməyən hər bir insan başa düşür ki, təbiət o qidanı nə vaxt verəcəksə, onu həmin vaxt yeməlidir". Bu sözləri SİA-ya açıqlamasında sağlam qida mütəxəssisi Ağa Salamov deyib.

Onun sözlərinə görə, vaxtında yetişən meyvə-tərəvəzin faydası daha çoxdur, nəinki mövsümü olmayan qidaların: "Çünki qidaların dərmansız şəkildə vaxtından tez yetişməsi mümkün deyil. Bu da biznes xarakterli bir addımdır. Lakin həmin istehsalçılar Rusiya-Ukrayna müharibəsinin olacağını nəzərə almamışdılar". Mütəxəssis sözlərinə davam edərək həmçinin qeyd edib ki, müharibə nəticəsində həmin adamlar mallarını ixrac edə bilmədilər: "Bu məhsullar istixanada yetişdirildiyi üçün heç bir faydası olmur. Çünki vaxtından qabaq yetişdirilən qidaların tərkibində yabanı otlara və böcəklərə qarşı istifadə olunan pestisidlər olur. Bu da həmin qidaları istehlak edən insanlarda zəhərlənmə verə bilər. Qışda çiyələyin, alçanın satılması insanlara heç bir faydası yoxdur. Ona görə də hər bir qida vaxtında yetişdirilməli və vaxtında yeyilməlidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə