“Ramazan ayında orqanizmin sağlamlığı üçün, eyni zamanda dini baxımdan düzgün qidalanma mühüm yer tutur. Çünki inqridentlər balanslı şəkildə seçilərsə gələcəkdə də sağlamlıq problemləri ilə üzləşilməz”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, daha çox diqqət olunacaq məqam odur ki, 16-18 saat ərzində ac qalan orqanizm üçün təxminən gün ərzində 40-dan 70-ə qədər makro, mikro elementlər lazımdır: “Bunlar isə məhz qidalar vasitəsilə alınır. Ümumiyyətlə yaxşı olar ki, qidaları seçərkən kifayət qədər vitaminli olmasına diqqət edək.
Mütləq şəkildə meyvə-tərəvəzlərin istifadəsi tövsiyyə olunur. Mövsümi, yerli və təzə meyvə-tərəvəzlərdən istifadə olunması daha məqsədəuyğundur. Eyni zamanda maye qəbulu da normasında olmalıdır. Çünki orqanizmdə maye çatışmamazlığı nəticəsində bir sıra xəstəliklər meydana çıxa bilər. Bu baxımdan əsasən su və ayran içilməsi tövsiyyə olunur. Ancaq həmin imsaq, iftar zamanı isə çayın içilməsi də vacibdir. Xüsusilə bizim bölgə üzrə insanlar çay içməyə adət ediblər. Buna görə də çaydan imtina bir çox hallarda baş ağrısına, yorğunluğa, yuxusuzluğa səbəb ola bilər.
Daha sonra çox kalorili qidalara üstünlük verilməməsi daha yaxşı olar. Səhərlər daha çox qidalanma zamanı pendir, yumurta, süd və süd məhsulları, zeytun, az miqdarda çörək qəbul olunması tövsiyyə olunur.
Çərəzlərdən qoz, fındıq, badam hər insanın bir ovucunu keçməmək şərtilə qəbul edilməlidir. Xurma və ərik qurusu da çox faydalıdır. Eyni zamanda bunlar uzun müddət insanın tox qalmasına kömək edir.
Əsas qidaya keçməzdən əvvəl su ilə başlamaq tövsiyyə olunur. Daha sonra 15-20 dəqiqə gözləyib, əsas yeməyə keçmək olar.
Diqqət etməli olduğumuz məqamlardan biri də həddindən artıq çox qızardılmış, yağlı, ağır, duzlu və turş qidalar olmamalıdır. Çünki bu qidalar həzm prosesini çətinləşdirir. Eyni zamanda da maddələr mübadiləsinin yavaşlamasına səbəb olur ki, bu da gələcəkdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bu aylarda xüsusilə un məmulatlarından olan şiriyyatlardan uzaq durmalıyıq. Şirniyyatlar artıq çəkiyə səbəb olur və tez bir zamanda insanda qan şəkərini yüksəldir.
Bəzi insanların oruc tutması düzgün deyil. Buna daha çox mədə-bağırsaqlarında xora olan insanlar aiddir. Eyni zamanda şəkərli diabet xəstələri və yaxud qanda şəkər miqdarı yüksək olan insanların oruc tutması tövsiyyə olunmur. Yüksək təzyiqi olan insanlar da diqqətli olmalıdır.
9 yaşdan aşağı qız uşaqlarına və 15 yaşdan aşağı olan oğlanlara oruc tutmaq məsləhət görülmür.
Səfərdə olan insanların da oruc tutması onlar üçün faydalı olmayacaq. Çünki səfərdə də qida rejimi dəyişik olduğu üçün gələcəkdə müəyyən xəstəliklərə səbəb ola bilər”.
Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB