Səhər yeməyi yeyilmədikdə orqanizmdə NƏ BAŞ VERƏ BİLƏR? - DİETOLOQ AÇIQLADI

“Hər kəsin bildiyi kimi, günün ən vacib yeməyi səhər yeməyidir. Mən də bu fikirlə razılaşanlardanam. Səhər yeməyi mütləq olmalıdır. Universitetdə keçdiyim dərsin birində müəllim demişdi ki, “Səhər yeməyi yeməyəndə bədən bunu bilir və özünə belə məntiq qurur: Niyə yemək yemədi, problem varmı”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

Onun sözlərinə görə, müəllimi deyirdi ki, bədən özü ilə danışır: “Daha sonra hüceyrələrə minimum enerji sərf etmələri əmrini verir. Bu, orqanizm üçün yorğunluq, tənbəllik, yatmaq istəmək və s. nəticələri verir”.

C. Yusifova sözlərinə belə davam edib: “Səhər yeməyi sağlamlıqdır. Biz bilirik ki, hər şeyin artıqlığı pisdir. Səhər yeməyində ağır yeməklər yerinə daha yüngül qidalar yemək orqanizm üçün daha sağlam olacaq və daha sürətli piy yandıracaq. Həmçinin, metobalizmamız sürətlənəcək. Bir sözlə, səhər yeməyini yeməmək metobalizmi zəiflədir. Yəni, əksinə bilindiyi kimi insanı arıqlatmır. Ona görə mütləq səhər yeməyi çox önəmlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...