Uşaqların gec dil açmasının səbəbləri nələrdir? - MARAQLI MƏQAMLAR - PSİXOLOQ AÇIQLADI

"Uşaqların gec dil açması və yaxud da danışa bilməməsinin səbəbi psixoloji gərginlik, stress ola bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, uşaq fikrini izah etmək istəyərkən ona qarşı göstərilən istər psixoloji, istər fiziki təzyiq onun danışmağına, ümumiyyətlə dil açmağına mənfi təsir göstərə bilər: "Bundan əlavə əgər uşaq döyülərsə, artıq o, danışmağı üsyan kimi görür. Ona görə də uşaq şüuraltı stressdən danışmır. Bundan əlavə uşağın ətrafında baş verən mübahisələr, davalar uşağın gec dil açmasına, danışmamağına səbəb ola bilər. Bu kimi uşaqların yenidən danışmağa, ünsiyyət qurmağa başlaması üçün uşağı psixoloqa, loqopedə aparmaq lazımdır.

Loqoped və psixoloq nəyə görə uşağın danışmamasını müəyyənləşdirməlidir. Əgər, uşağın danışmaması psixolojidirsə, bu zaman psixoloq həmin uşaq və onun ailəsi üzərində işləməlidir. Uşaqların yenidən danışması üçün onlar əsasən sosial mühitə düşməlidirlər. Yəni onların özgüvəni yerinə gəlməlidir. Bu cəhətdən baxça çox yaxşı rol oynayır. Ümumiyyətlə baxça uşağın özgüvənini, sosial mühitini təmin edir. Ona görə də baxçada uşaq daha özgüvənli olur və sosial mühitdə özünü təsdiq etmiş olur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...