Hansı qidaların yenidən isidilməsi zəhərlənmə yaradır? - ŞƏRH EDİLDİ

"İkinci dəfə qızdırılması lazım olmayan yeməklərə göbələyi misal göstərmək olar. Göbələyin istər şorbası, istər qızartması olsun, fərqi yoxdur, göbələklə bişirilmiş yeməklər olsun, yəni, tərkibində göbələk varsa, onu qızdıranda kimyəvi tərkibi dəyişir. Yəni, zülalın kimyəvi tərkibi dəyişir. Təbii ki, bu da qida zəhərlənməsinə səbəb ola bilər. Çox vaxt deyirlər ki, "yedik heç nə olmadı. Təbii ki, onu immun sistemi güclü olan adamlar hiss etmir, amma bilmək olmaz, neçə gün qalıb. Bu da şərtdir və düşünürəm ki, göbələk tez bişən məhsuldur. Onu elə yerində hazırlamaq daha yaxşı olar. Onun şorbası 5 dəqiqəyə hazır olur. Yağı soğanla qovururlar, üstünə qaymaq tökürsüz, qarışdırdınız, hazırdır. Yəni, bu, tez bişən bir ərzaqdır. Ona görə göbələkli məhsulları ikinci dəfə qızdırmaq təhlükəlidir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, çox vaxt analar götürürlər uşaq yeməklərini onlar da süd tərkiblidir. Bura da məsələn yarmaları şamil etmək olar: "Çox vaxt onları mikrodalğalı sobada isidirlər. Belə etmək olmaz. İsti axar suyun altında uşaq şüşəsini, yəni, yemək şüşəsini tutsunlar isitsinlər. Həmçinin də ikinci dəfə isitməsinlər, çalışsınlar ki, bir dəfə isitsinlər. Uşaqlar çox vaxt qarın ağrı, ishal yaşayır və bu da o səbəblərdən biridir. Ona görə valideynlər də diqqətli olsunlar. Həmişə bu mövzuda pediatrla yaxın təmasda olsunlar ki, pediatr məsləhəti alsınlar".

Ağa Salamov sözlərinə belə davam edib: "Bir də ki, plovlardır. Hansı ki, bişmədən öncə yuyulmur. Yuyulmayanda da ki, onun tərkibində müəyyən mikroorqanizmlər qalır və bu da təbii ki, zəhərlənmələrə səbəb ola bilər. Yəni, ikinci dəfə isidildiyində onun dadı, tamı, görünüşü dəyişir ki, bu da təhlükəli ola bilər. Ürəkbulanma, ishal, başağrı kimi simptomlar ola bilər".

"Bir də işlənmiş ət məhsullarıdır. Bunu mikrodalğalı sobada yox, tavada isitsinlər. Ən yaxşı variant odur. Amma əslində elə yemək bişirmək lazımdır ki, çoxalmasın, yəni, çox artıq qalmasın. Həm israfçılıq olur, həm də yenidən isidildiyində bunun elmi izahı var ki, o təhlükəli ola bilər. Çünki xolesterol oksidləşməsinə səbəb olur. Yəni, emal olunmuş ət məhsullarının yenidən işlənməsi xolesterol oksidləşməsinə səbəb olur ki, o da koronar arterial xəstəliyi əmələ gətirir. Yəni, bu, birbaşa ürəklə əlaqədardır və təbii ki, qidanın da kimyəvi tərkibi dəyişir. Belə deyək zülalların kimyəvi tərkibi dəyişir. Ət məhsulları zülalla zəngin olan qidalardır. Nəticədə tac damarların mənfəzinin daralması, ürək əzələsinin qan eləcə də oksigen təchizatının pozulmasına gətirib çıxardır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə