Bayat, yoxsa təzə çörək faydalıdır? - BİLMƏNİZ VACİBDİR - QİDA MÜTƏXƏSSİSİ AÇIQLADI

"Əgər bir çörəkdə boş karbohidratlıq varsa, yəni, boş karbohidratdırsa, təzə və boyat fərqi yoxdur onun sizə heç bir faydası olmayacaq, qaraciyərdə yüklənmə olacaq və s. Şəkər və ürək qan-damar xəstələrinə ümumiyyətlə boş karbohidrat, yəni, əla növ undan hazırlanmış çörək yemək qadağandır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, isti çörəyin mədədə parçalanması və sorulması çox ləng gedir deyə ziyanlıdır: "Lifli çörək olmalıdır, tam buğda və çovdar unu ilə qarışılmış undan hazırlanan çörəklər lifli idi. Yəni, rüşeym qismi, kəpək qismi ayrılmadığına görə vitaminlə zəngindir. Eyni zamanda zülallarla zəngindir, eyni zamanda orda "B" kompleksi və "PP" vitaminləri var ki, bu da insan orqanizminə çox faydalıdır. Amma əla növ undan hazırlanan çörəklərdə boş karbohidrat olduğuna, rüşeym qismi, kəpək qismi ayrıldığına görə orada sadaladığım vitaminlər, minerallar və zülallar olmadığına görə liflər başda olmaqla həzm prosesi pozulur, qəbizlik yaranır".

Ağa Salamov sözlərinə belə davam edib: "İnsanların çoxu da qəbizlik problemini ondan çəkir. Ona görə də mən düşünürəm ki, sağlam undan hazırlanan çörəkləri istehlak etmək lazımdır. O da tam buğda unundan çovdar ununun qarışığıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə