Dövlət nömrə nişanları ilə bağlı dəyişikliklər oldu - NƏLƏR BAŞ VERƏCƏK? - EKSPERT AÇIQLADI

“Dövlət nömrə nişanları ilə bağlı dəyişikliklər olub. Əvvəllər rüsumlar 25 manat idi, indi isə 30 manat olub”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

“Eyni zamanda bahalı kateqoriyalara aid olan nömrələrdə də qiymətlər əvvəl 500 manatdan başlayıb 2500 manata qədər olurdu. İndi isə bu nömrələr 1000 manatdan başlayır 3000 manata qədər davam edir. Dövlət nömrə nişanlarının məbləği bu formada olacaq. Bundan əvvəl qanunvericilikdə bu barədə dəyişikliklər edilmişdir. Sadəcə olaraq bu məsələ havada qalmışdı və tam təsdiqini tapmamışdı. Təxminən 2 ilə yaxındır ki, qiymətlər bu formada müəyyən edilib. Sadəcə qərar şəklində qəbul edilməmişdi. İndi isə artıq bu qərar Milli Məclis tərəfindən öz təsdiqini tapdı. Yəqin ki, artıq qanun Prezidentimiz tərəfindən təsdiq olunduqdan sonra da bu formada icra olunacaq. Hal-hazırda isə nömrələr köhnə qiymətlərlə satılır”-deyə, ekspert fikrini tamamlayıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə