Kolbasa ilə bağlı EŞİDƏCƏKLƏRİNİZ SİZİ DƏ ŞOKA SALACAQ - EKSPERT AÇIQLADI

"Kolbasaları seçmək elə də asan iş deyil. Amma bəzi ipucları var. Kolbasalar kiflənmiş olmalı deyil. Diqqət etmək lazımdır ki, vitrində olan kolbasalar kiflənmiş olmasın. Çox vaxt görürsünüz ki, marketlərdə götürüb ortaya qoyurlar, soyuducu deyil, sadə bir şüşənin içində saxlayırlar və orada o şirə salır kiflənmə gedir. Elə kolbasaları almasınlar". Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, həmçinin, kolbasanı bağırsağın içinə doldururlar: "Üstünün plyonkası, mən bildiyim qədər bağırsağın içinə doldurulub. Bağırsağın arasında ətlə hava qalmalı deyil, yəni, boşluq olmalı deyil. Ona da diqqət olunmalıdır. Bir də son istehsal tarixinə də baxılmalıdır. Kolbasalara nitrat, qatqı maddələri, rəngini qoruyucu maddələr, monosodium qlütomat vurulur".

Ağa Salamov sözlərinə belə davam edib: "Dadını, rəngini qorumaq, vitrinin ömrünü uzatmaq üçün müxtəlif qatqı maddələri vurulur ki, bunun üçün də kolbasaları uşaqlardan və yaşlılardan uzaq tutmaq lazımdır. Çünki, qan təzyiqi, ürək qan-damar sistemi problemləri yaradır. Bu həm uşaqlarda, həm də yaşlılar üçün riskdir".

"İstehlakına gəlincə kolbasalardan delikates kimi istifadə etmək lazımdır. Çünki, çox istehlak olunduğunda müxtəlif fəsadlara yol aça bilər ki, hətta bu qida zəhərlənməsi də ola bilər. Çünki, onun tərkibində bəzi qatqı maddələri var. Ona görə də qida dözümsüzlüyü yarada bilər".

"Xüsusilə, ürək qan-damar sistemi xəstələri, obaziteya, yəni, kökəlməyə meylli, təzyiqi olan insanlar kolbasa məmulatlarından az istifadə etmələri tövsiyə olunur".

"Kolbasaya qatqı məsələsinə gəlincə çox vaxt baxırıq ki, ucuz kolbasalar var satışda və yanına da bir ədəd kolbasa bağlayaraq onu endirimdə satırlar. Düzdür, ucuzla bahalını ayırmaq mümkün deyil ki, onların tərkibi nədir, hansı ətdən istifadə olunub, nə vurublar. Amma çox vaxt bu ucuz kolbasalarda ağciyərdən, toyuq dərisindən, ətin müxtəlif çıxıntılarından istifadə olunur. Hansı ki, lazımsız yerləridir və bu da kolbasanın maya dəyərinin aşağı düşməsinə səbəb olur".

"Eyni zamanda, soyadan, süd zülalından da istifadə olunur. Yəni, kolbasanın rəngini, dadını qorumaq üçün müxtəlif qatqı maddələrindən istifadə olunur. Ona görə də tövsiyə olunur ki, onu delikates kimi istehlak etsinlər. Yəni, ayda, həftədə heç olmasa bir dəfə iki dilim yesinlər və yaxud az yesinlər ki, bədən o nitratları ata bilsin, qatqı maddələrini bədən özündən ixrac edə bilsin".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...