Azərbaycanda buster doza ilə vaksin olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 561 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 418 nəfərdir. Buster doza vaksinlərin sayı 28 880 olub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9753825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 973 724, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 397 065 təşkil edir. Ölkə üzrə buster dozada vurulan vaksinlərin sayı 383 036 olub.

Bütün xəbərlər Facebook səhifəmizdə