Kilolu görünmək üçün necə geyimlər seçməliyik? - ARAŞDIRMA

Bədən tipinizə uyğun olmayan geyimlər və ya səhv kombinasiyalar sizi zaman-zaman olduğundan daha artıq çəkili göstərə bilər. Böyük və göz oxşayan naxışlı geyimlər sizi olduğunuzdan daha kök göstərir. Nazik və uzun bədən quruluşunuz yoxdursa, böyük naxışlı paltarlar seçməməlisiniz. Bunun əvəzinə naxışlara olan həvəsinizi kiçik və minimal motivlərlə məhdudlaşdıra bilərsiniz.

Canlı və “mən burdayam” deyən parlaq rənglərdən uzaq durun. Parlaq rənglər sizi olduğunuzdan daha geniş göstərir. İddialı parlaq rənglər əvəzinə tünd tonları seçərək daha incə görünmək sizin əlinizdədir. Tünd rəngləri açıq rənglərlə birləşdirərək fərqlilik yarada bilərsiniz.

Bədəninizə uyğun olmayan çox dar və ya çox boş paltarlar sizi artıq çəkili göstərəcək. Bədən ölçüləriniz əsasında seçim edin. Boş paltarlar və sviterlər sizi olduğunuzdan daha kök göstərən dizaynlar arasındadır. İncə görünmək üçün boyun nahiyənizi açıq qoyan paltar modelləri geyinməli, əyrilərinizi ön plana çıxarmalı və gizlətməli olduğunuz yerləri daraltmalısınız. Bu ipucu uzun kardiqanlara da aiddir. "Qüsurlu" olaraq gördüyümüz artıqlığımızı gizlətmək üçün geyindiyimiz boş jaketlər əslində qadınları olduğundan daha kilolu göstərir.

Qısa gödəkçələr bütün bədən xətlərini açır. Kilolu və ya geniş ombalı olanlar qısa gödəkçələrlə daha kilolu və qısa görünürlər. Qısa gödəkçələr yerinə, çəkini gizlədə biləcəyiniz uzun gödəkçələrə müraciət edin.

Qalın zolaqlı libaslar və koftalar bədəninizi xeyli geniş göstərir. Qalın astarlı modellər yerinə şaquli və incə xətt dizaynlara şans verərək çox daha uyğun görünüş əldə edə bilərsiniz.

Məxmər, əlavə çəkini göstərən parçadır. Məxmər şalvar və ətəkləri seçsəniz, olduğunuzdan daha həcmli görünmə ehtimalını da nəzərə almalısınız. Məxmər parça yerinə krep kimi nazik parça seçimləri sizi daha qəşəng və incə göstərər.

Arıq qadınları görüb paxıllıq etdiyinizi təxmin edə bilərik. Lakin “Skinny jeans” dediyimiz dar cinslər iri ombalı insanların qarderobunda olmamalıdır.

Zəifliyindən şikayət edənlərə kömək etmək məqsədi ilə apardığımız araşdırma nəticəsində artıq çəkili görünmək üçün necə geyinmək lazım olduğunu yazımızda izah etdik. Xüsusilə arıqlıqlarına görə geyindikləri paltarları bəyənməyənlər bu təkliflərlə daha zərif və seksual görünə bilərlər.

İstədiyiniz bədən nisbətini ortaya çıxaracaq məhsulların başında bol naxışlı köynəklər var. Xüsusilə boş naxışlı köynəklər yüngül dekolteli və dayaqlı büstqalter ilə tamamlandıqda, axtardığınız görünüşün ortaya çıxacağına əmin ola bilərsiniz.

Kök görünmək üçün nə geyinmək barədə narahat olmayın. Dərhal şalvarınızın altına tayt və ya alt paltarı tərzində paltar geyinərək ayaqlarınızın incəliyini və cizgilərinizin görünməsinin qarşısını ala bilərsiniz. Xüsusilə şalvar geyinərkən qıç və omba ölçüsündən narahat olanların mütləq tətbiq etməsi lazım olan bir element olduğunu söyləyə bilərik.

Ayaqlarınızın qısa olduğunu düşünürsünüzsə və buna görə də şalvar geyinməkdən çəkinirsinizsə, yüksək bel məhsulları sınamalısınız. Bundan əlavə, artıq çəki göstərən paltarlar üçün alış-veriş edərkən, mütləq uzanan şalvar almalısınız.

Paltar seçərkən artıq və ya az çəkili olduğunuzu vurğulayan ən əhəmiyyətli faktor cizgilərinizi asan aşkara çıxaran paltar seçməkdir. Bu amilin aradan qalxması üçün seçiminizi edərkən dəstəkləyici məhsullardan istifadə etməkdən çəkinməyin. Məsələn, üst hissəyə alt paltarı seçərkən mütləq yastıqlı büstqalterdən istifadə etməlisiniz ki, sinə bölgəniz həmişəkindən daha həcmli görünsün.

Nəhayət, qışda kök görünmək üçün necə geyinmək barədə danışaq. Sözügedən mövsümdə qalın jaketlər almaq bədəninizin daha kök görünməsinə kömək edəcək. Kişi və qadınların ortaq seçimi olan qalın hırkalar çəkinizin adi haldan daha çox görünməsinə kömək edəcək.

SİA məsələ ilə bağlı araşdırma apararaq stil məsləhətçisi və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın fikirlərini öyrənib.

Stil məsləhətçisi və geyim psixoloqu Rəna Əliyeva insanların olduğundan daha kilolu görünməsi üçün bu məsləhətləri edib: “Günümüzdə kilolu olmaqla yanaşı, kilo ala bilməmək də zəif bədən tipinə sahib olan insanlar tərəfindən böyük kompleks edilir. “Endamorf” adlandırdığımız bu bədən tipi kilo almaqda adətən çətinlik çəkən bədən tipləridir. Bu bədən tipi həm qadınlarda, həm də kişilərdə artıq kilodan daha çox komleks yaradır”.

“Lakin, bütün “endamorf” bədən tipləri üçün eyni amilləri şamil etmək yanlış olar. Çünki, hər bədən tipinin müəyyən özünəxas fərqlilikləri var. Bəziləri qoldan, bəziləri ayaqdan və bəziləri isə bel hissədən arıq ola bilər. İlk öncə bədənə baxmaq lazımdır. Amma, “ümumi bədən tipini böyük göstərmək üçün nələrdən istifadə edə bilərik?” desək bunları qeyd edə bilərəm. Çalışmaq lazımdır ki, bədənə tam oturmayan, geniş geyimlər istifadə edək ki, həcm versin. Çiyinlərdə isə çiyinliklərdən istifadə etmək lazımdır. Əsasən də oğlanlar çiyinlərini daha qabarıq şəkildə önə çıxarmaq üçün bu vasitədən istifadə etməlidir”.

“Şalvar seçimində isə qadınlarda üstlərinə daha dar koftalar bel vurğusu olsun deyə geyinilir. Amma ayaqlar çox arıq olduğu zaman orada da kompleks olur. Bu zaman şalvar seçimlərində çalışırıq ki, daha geniş, “mom cins”, “joker” tipli şakvarlardan istifadə edək. Bu tip şalvarlar ayağı daha yumru və kilolu göstərir. Qollar arıqdırsa, onları qapamaq ən yaxşı variantdır. Hal-hazırda qışdır və uzun qırış çəkmələr arıq ayağa çox gözəl həcm verir”.

“Üst geyimlərinə gəldikdə isə, əgər boyla bağlı bir problem yoxdursa, sadəcə arıqlıqla bağlı problem varsa “balonka” dediyimiz “şişmə mont”lardan istifadə edilə bilər. Bu həm bəylərə, həm də xanımlara aiddir. Amma boyla bağlı problem varsa bunları məsləhət görmürəm. Çünki bunlar boyu çox kəsir. Yenə də ümumən danışmaq yanlışdır. Çünki hər bədən tipi fərqlidir. Kimin problemi haradadırsa ona baxıb bu əsasda geyindirmək lazımdır”.

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə məsələnin qidalanma ilə bağlı olan hissəsinə toxunub: “Ümumiyyətlə, həm kilo alanda, həm də kilo verəndə yaxşı olar ki, sağlam qidalanma qaydalarına ciddi şəkildə əməl edək. İlk öncə isə bədənin həqiqətən də zəif olub-olmadığı araşdırılmalıdır. Bunun üçün ilk öncə bədən kütlə indeksini hesablayaraq bilmək olar. Təbii ki, bu sadəcə bədən kütlə indeksi ilə də ölçülmür. İnsanın yaşına və cinsinə görə də vəziyyət dəyişir. Dünya sağlıq standartlarına görə, ideal bədən kütləsi 18.5- 24.99 arası olur. Əgər normadan aşağıdırsa, artıq zəif və arıq hesab olunur. Bunun da formulu var: Bədənin kiloqram çəkisini boyun kvadratına bölürük. Bu zaman normanı da hesablaya bilərik”

“Bundan başqa, bəzən kökəlmək üçün necə gəldi, nə zaman oldu “fast-food” qidalara üstünlük verilsin deyirlər. Bu gələcəkdə müəyyən xəstəliklərə səbəb olur. Ona görə yaxşı olar ki, sağlam şəkildə kilo almaq istəyiriksə zərərli qidaları rasiondan çıxaraq. Günə ilk olaraq mütləq su ilə başlamaq lazımdır. Bəzən bunu kefir və ya ayranla dəyişə bilərlər”.

“Mütləq şəkildə səhər yeməyi yeyilməlidir və bunu təxirə salmaq olmaz. Yaxşı olar ki, səhər yeməyi bol çeşidli olsun. Yumurta, pendir, yağ, bal, banan və s. kimi qidalardan istifadə etsinlər. Günorta və axşam yeməkləri də vacibdir. Yaxşı olar ki, əsas yeməkdən əvvəl yeməyə şorba ilə başlanılsın”.

“Günlük protein və karbohidrat miqdarı öz normasında qəbul edilməlidir. 45-50 kiloqramlıq bir insan gün ərzində 60-65 qram protein almalıdır. Bunu da süd, qatıq, yumurta, ət, balıq, toyuq və sairədən ala bilər. Yaxşı olar ki, bir gün ərzində bir ana yeməkdə bir heyvanın ətindən istifadə olunsun. Bu həm sağlıqlı hesab olunur, həm də daha çox faydalıdır”.

“Karbohidrat dediksə isə yaxşı olar ki, faydalı olanları qəbul olunsun. Bir çox unlu şirniyyatlar və yaxud mənşəyi bilinməyən yağlardan hazırlanan xəmir məmulatları var ki, bunlar da sağlıq üçün zərərlidir. Lakin, qısa müddət ərzində kökəldir və daxilə zərər verir”.

“Səhər yeməyində 1 qaşıq bal və ya bəhməz, gün ərzində bir ovuc çərəzlər, kişmiş, ərik, xurma və s. faydalıdır. Gün ərzində 3 porsiya təzə meyvə yeyilməlidir. Bu mövsümi meyvə-tərəvəz olsa daha yaxşı olar. Ana yeməklərdə isə tərəvəz mütləq olmalıdır. Bədən çəkisinə görə isə su içilməlidir. Bütün bunlar edildikdə fiziki aktivlik də qorunmalıdır. Fiziki işlə məşğul olanlar gündəlik qidalanmasında kalori miqdarını artırmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...