Avtobuslarda bank kartı vasitəsilə ödəniş etmək mümkün olacaq - BNA

Yaxın zamanda avtobuslarda NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq.

Bunu SİA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, "BakıKart" satış və balans yükləmə terminallarında məhdud istifadə üçün nəzərdə tutulan gediş kartlarının satışı dayandırılır:"Buna səbəb sərnişinlərə təklif olunan yeni üsullarla balans yükləmə xidmətləridir. "Məhdud istifadə üçün nəzərdə tutulan kartlar artıq olmayacaq. Çünki artıq onlayn, internet üzərindən ödəniş üsulu mövcuddur. Yaxın zamanda isə NFC, QR-kod və birbaşa bank kartı vasitəsilə gediş haqlarını ödəmək mümkün olacaq deyə, artıq onlara ehtiyac yoxdur".

BNA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...