Məktəblər bağlanılır və distant təhsilə keçirilir? - DİQQƏT - EKSPERT ŞƏRH ETDİ

Bildiyimiz kimi son günlər həm ali, həm də orta təhsil müəssisələrində aktiv koronavirus xəstəsi aşkarlanması səbəbindən siniflər karantinə alınaraq qapanıb. Bəs, yenidən ali və orta təhsil müəssisələrində qapanmalar ola bilər? Məsələ ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin fikirlərini öyrəndik.

Onun sözlərinə görə, son günlərin statistikası ürəkaçan deyil: "250-yə yaxın sinif və 2 universitet karantinə alınıb. Şagirdlər arasında virusa yoluxan və dünyasını dəyişən var. Eyni zamanda təhsil müəssisələrində çalışan müəllim, idarə heyəti və ya texniki işçilər arasında da yoluxma və ölüm faktı var".

Elçin Əfəndi sözlərinə belə davam edib: "Hal-hazırda qabaqlayıcı tədbirlər alınır. Onlardan biri də lokal qapadılmalardır ki, tətbiq olunur. Bundan əlavə, izolyasiya qaydalarına əməl etmək, həmçinin 12 yaşdan yuxarı olanların vaksinsiyaya cəlb edilməsidir. Əgər bunlar da effekt verməsə, o zaman bəli tam qapadılma qaçılmazdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...