Daha bir marşrutun hərəkət sxeminə dəyişiklik edilib

101 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilib. Bu barədə SİA Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliyə səbəb Türkan qəsəbə sakinlərinin Mərdəkan qəsəbəsi istiqamətində birbaşa gediş-gəlişinin təmin edilməsi, eyni zamanda Qala dəmiryolu stansiyası – Mərdəkan qəsəbəsinə müntəzəm marşrutun fəaliyyət göstərməməsidir.

Bu gündən marşrut xəttinin hərəkət sxemi dəyişdirilərək son dayanacaq məntəqəsi Mərdəkan qəsəbəsi (stansiya) müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə