Limonun faydaları saysız -hesabsızdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, salatlarımıza ləzzət verən, həzmi yaxşılaşdıran və bədəni xəstəliklərdən qoruyan bir antioksidant olmaqla yanaşı, gecə yatarkən limonun yatağınızın yanına qoyulmasının da faydalı olduğu məlum olub.
Limonu doğrayın və üzərinə duz səpin. Sonra yatağınıza qoyun və yatın. Bəzən beynimiz bu barədə düşünməklə o qədər məşğul olur ki, günə məhsuldar olmayan bir yuxu ilə başlayırıq. Fokuslanma problemi olan insanlar üçün limon qoxusu xilaskar bir həll yolu olacaq.
Böcəklər qoxulara həssasdır. Bütün gecə ağcaqanad qovmaqdan yoruldunuzsa, limon sizin xilaskarınız ola bilər. Limon qoxusundan narahat olan milçəklər otağınızdan kənarda qalacaqlar.
Otağınıza yaydığı xoş qoxu həm sizi rahatladacaq, həm də bakteriya və virusların yox olmasını təmin edəcək. Limonun tərkibindəki antioksidantlar səhər oyandığınızda baş ağrınızı azaldacaq. Beynin serotonin səviyyəsini artıran limon, günə yaxşı başlamanıza imkan verir.
Yuxuya gedərkən burnunuz tıxanırsa və xüsusilə, astma kimi bir xəstəliyiniz varsa, antioksidant və antibakterial limon daha asan nəfəs almağınıza kömək edəcək.
Gecələr əsəbləşdiyiniz və yatmaqda çətinlik çəkdiyiniz zaman, yataq masanızın üstündəki bir neçə dilim limon sizə faydalı olacaq. Sitrus qoxusunun insanın duyğularını və beyin dalğalarını rahatlatmaq qabiliyyətinə malik olduğu sübut olunub.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB