Qrip noyabr ayında pik həddə çatacaq

Ötən ilə nisbətən bu il daha çox qrip hadisəsi olacağını ifadə edən məşhur türk mütəxəssisi maska, məsafə və gigiyena xəbərdarlığı edərək, “Koronavirus peyvəndi olanlar da bu il qrip əleyhinə peyvənd almalıdır. Qrip bu ilin oktyabr və noyabr aylarında pik həddə çatacaq" deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, payızın gəlişi ilə hər il görülən mövsümi xəstəliklər də artmağa başlayıb.

Akgül “Bu il maskadan ​​istifadə nisbəti azaldı və qrip xəstəliklərinin artmasının əsas səbəblərindən biri oldu. Artıq gigiyena, sanitariya və maskaların istifadəsinə çox əhəmiyyət vermirik. Bu, qrip virusunu artırır "dedi.

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə