Tovuzda qanunsuz kəsim məntəqələri aşkarlandı FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən SİA-ya verilən məlumata görə, Agentlik əməkdaşları Tovuz rayonu ərazisində fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirib. Reydlər zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə