Bakıda bu yollarda sıxlıq var SİYAHI

Bakı Nəqliyyat Agentliyi (BNA) səhər saatları və hazırda paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən SİA-ya verilən məlumata görə, hazırda Ağa Nemətulla küçəsində əsas yol və köməkçi yolda (Heydər Əliyev prospekt ilə kəsişmə istiqamətindən başlayaraq Təbriz küçəsi ilə kəsişməyə qədər, eyni zamanda metronun "Nəriman Nərimanov" stansiyasına doğru), 28 May küçəsində (Azadlıq prospekti ilə kəsişmədən başlayaraq Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər), Ziya Bünyadov prospektində əsas yolda (əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq "20 Yanvar" dairəsi istiqamətində), Akademik Həsən Əliyev küçəsində (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişmədən Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər, Azadlıq prospekti ilə kəsişmə istiqamətində) sıxlıq yaranıb.

Həmçinin Üzeyir Hacıbəyli küçəsində (Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində), Afiyəddin Cəlilov küçəsində (Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsünün üzəri istiqamətində) sıxlıq müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə