Supermarketdə yararlıq müddəti bitmiş toyuq əti aşkarlanıb - AQTA

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. SİA xəbər verir ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində yerləşən, “Gold Əminə” supermarketində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə yararlılıq müddəti bitmiş ümumi çəkisi 207 kq olan toyuq əti aşkarlanıb. Aşkarlanan nöqsanlarla bağlı yararlılıq müddəti bitmiş toyuq ətinin satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə