"Şəhid və qazi ailələrinə dövlət qayğısı prioritet məsələdir" - DEPUTAT MÖVQE BİLDİRDİ

“Şəhid ailələri və qazilər əlbəttə ki, dövlətin hər zaman diqqət və qayğısı ilə əhatə olunur. Bu qəbildən olan ailələr həssas təbəqədən olan ailələr kimi hər zaman dövlətin siyasi istiqamətlərindən biri kimi himayə və diqqətlə əhatə olunurlar. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra şəhid olan, qazilik statusu alan müharibə iştirakçılarımızın gündəlik qayğılarının azaldılması, onlara maddi yardım göstərilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilib və keçirilməkdədir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, belə ki, bu qəbildən olan şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, sığorta pulunun ödənilməsi, evlərində həyət sahələri varsa və yaxud evlərinin təmir edilməsi, yeni evin tikilməsi, şəhid və qazi ailələrindən olan uşaqların, övladların təhsil haqqının dövlət tərəfindən ödənilməsi, xəstəxanalarda pulsuz müayinə, daha sonra istirahət mərkəzlərinə göndəriş, növbəsiz mənzillə təmin edilməsi və s. bu kimi bir çox imtiyazlar bu gün şəhid və qazi ailələrinə tətbiq edilməkdədir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə