Havada min cür zəhər var - REAKSİYA - QİDA TEXNOLOQU AÇIQLADI

"Uşaqlara sağlam atışdırmalıqlar hazırlamaq məqsədi ilə onlar üçün peçenyələr düzəltmək olar. Onlara tam buğda unu ilə çovdar ununun qarışığından peçenyələr hazırlamaq faydalıdır". Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, uşaqlara peçenyə şəklində krekerlər düzəltmək olar: "Krekerlərin içərisinə isə təmiz şokolad çəkmək onu dadlandırır. Yəni, hər şey tam sağlam şəkildə olmalıdır. Həmçinin, meyvələrdən təbii salatlar da hazırlana bilər".

Ağa Salamov sözlərinə belə davam edib: "Təbii kremlərlə, evdə, baldan hazırlanmış şirin souslarla uşaqlara müxtəlif şirniyyatlar təqdim etmək olar. Düzdür, bu pediatr məsləhəti ilə olmalıdır. Çünki uşaq var ki, ona çox şirin vermək olmaz. Onu pediatra məsləhət etdikdən sonra onlara bu atışdırmalıqları düzəltmək olar".

"Bir də səhər yeməyində uşaqlara lavaşın arasında dürməklər düzəltmək yaxşıdır. Çovdar unu ilə tam buğda ununun qarışığından hazırlanmış lavaşların arasına pendir, yağ, bal, qaymaq sürtmək olar. Uşaqlar bu dəqiqə risk qrupuna daxildir. Ona görə təbii, orqanik qidalanmalıdırlar. Baxmayaraq ki, artıq 4-cü sənayedə orqanik heç nə yoxdur, iqlim pozulub, havada min cür zəhər var, torpaqlar zəhərlənib, amma yenə də orqanik qidalanmağa məcburuq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə