Anomal hava şəraiti ilə bağlı - XƏBƏRDARLIQ! - QURUM RƏSMİSİ AÇIQLADI

“Sentyabrın 2-si axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişərək güclü şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti bəzi rayonlarda 18-24 m/s, ayrı-ayrı yerlərdə isə 30 m/s, Bakıda və Abşeron yarımadasında isə 23 m/s-dək güclənib”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, güclü küləklə əlaqədar Neft Daşları stansiyasının məlumatlarına əsasən dalğanın hündürlüyü 3,6 metrə çatıb: “Bu gün də paytaxtda arabir güclənən şimal-qərb küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək. Axşam saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Bölgələrdə günorta saatlarından başlayaraq şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə isə şimşək çaxacağı, arabir yağışın intensivləşəcəyi ehtimal olunur. Sentyabrın 4-ü gündüz saatlarından yağıntılar tədricən kəsiləcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...