Azərbaycanda son sutkada koronavirusa 3 069 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 1180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 391 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 345 783 nəfər müalicə olunaraq sağalıb, 5308 nəfər vəfat edib, aktiv xəstə sayı 40 415 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 976, ötən müddət ərzində isə ümumilikdə 4 319 841 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə