Bakıda avtobusda tüstülənmə olub, sərnişinlər təxliyə edilib (FOTO)

Bu gün gündüz saatlarında 30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusunun sərinləndirmə sistemində əmələ gələn texniki nasazlıq səbəbindən tüstülənmə olub.

SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, sürücü təlimata uyğun davranaraq ilk növbədə sərnişinlərin avtobusdan çıxmasını təmin edib və dərhal müdaxilə edərək tüstülənmənin qarşısını alıb:

"Qeyd edim ki, bir sıra informasiya saytlarında baş verənlər yalnış formada təqdim edilərək avtobusda yanğın kimi göstərilib. Lakin fotolardan da aydın şəkildə göründüyü kimi sərinləndirmə sistemində yanğın olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə