Son günlərdə "Qiyamət günü" mütasiyasının ortaya çıxması gündəmdədir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çin hökuməti koronavirusla bağlı dəhşətli proqnoz verib.

Koronavirusun bütün dünyada can almağa davam etdiyi bir vaxtda xəstəliyin başladığı Çindən kritik xəbərdarlıq gəlib. "Wuhan Virologiya institu"dan Shi Zhengli epidemiyanın hələ aysberqin görünən tərəfi olduğu iddiasını irəli sürüb. İngilis mediasında yayılan xəbərlərə görə, yeni variantların ortaya çıxacağını deyən alim "qiyamət günü" mutasiyası adlanan daha ölümcül virusla qarşılaşmağımızın an məsələsi olduğunu deyib.

COVID-in mutasiyaya davam edəcəyini və dünyanın bu virusla yaşamağa öyrənməli olduğunu vurğulayan alim Zhengli peyvəndlənmənin sürətlənməsinin vacib olduğunu diqqətə çatdırıb.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə