BDU-nun baş müəllimi vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi Qızılgül Ağami qızı Əhmədova vəfat edib.

SİA xəbər verir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb. 79 yaşında dünyasını dəyişən Qızılgül Əhmədova 1961-1969-cu illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.

1969-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi olub.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə