99 nəfərlik restoranda 150 nəfərlə məclis keçirilməsinin qarşısı alınıb FOTO

Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Əsədov Məmmədxan Əmiraslan oğluna məxsus "Samir” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Bu bardə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Məlumata görə, yoxlama zamanı toy mərasiminin keçirildiyi zalın sahəsi normativ tələblərə müvafiq olaraq 99 nəfərə xidmət etmək üçün uyğun olduğu halda, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinin nəzərdə tutulduğu müəyyən olunub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...