Peyvənd oluna bilməyənlər nə edəcək? - YENİ NÜANSLAR - HƏKİM AYDINLIQ GƏTİRDİ

“Əgər peyvənd oluna bilməyəcək şəxsin üzrlü səbəbləri olan sənəd konkret olaraq elmi əsaslarla sübut olunubsa, o zaman həmin şəxs peyvənd olunmaya bilər. Həmin insanlar qoruyucu vasitələrdən istifadə etməli və tibb müəssisəsi tərəfindən müvafiq arayış göndərilməlidir. Bu şəxslər o sənəd əsasında müvafiq olaraq qoruyucu vasitələrdən istifadə etməklə xidmətlərdən yararlana, yəni peyvənd olunmaya bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat, həkim Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə, amma bu, vətəndaşın ehtimalı ilə olmamalıdır: “Tibb müəssisəsi və müvafiq səhiyyə qurumu həqiqətən də əks göstəricini təsdiq etməli və bu, tibbi sənədlərdə də öz əksini tapmalıdır. Bu halda həmin vətəndaşın qoruyucu vasitələrdən istifadə etmək şərti ilə peyvənd olunmaması mümkündür”.

Həkim sözlərinə belə davam edib: “Əgər vətəndaşın xidmətdə, məsələn səyahət, tədbir və digər iştirakı vacibdirsə, bu zaman onun koronavirus testi ilə nəticəsinin neqativ olduğu sübut olunmalıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...