İdmandan sonra necə qidalanmaq lazımdır? - QİDA TEXNOLOQU AYDINLIQ GƏTİRDİ

"İdmandan öncə meyvə-tərəvəz şirələri və yaxud meyvə ilə tərəvəz şirəsinin qarışığı içilməlidir. Məsələn, köklə, çuğundurla almanın qarışığı ola bilər. Məsələn, adi meyvə şirəsi də olar. Amma təzə çəkilmiş meyvə şirələrindən söhbət gedir ki, bunlardan ən yaxşısı tərəvəzlə qarışdırılanlardır". Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, bu şirələr vitaminlərlə zəngin olduğu üçün idmanda da enerji qaynağı olaraq istifadə edilir: "İdmandan sonra mütləq yemək lazımdır. Amma nəzərə alsaq ki, əzələlər artıq zülal itkisi ilə üz-üzə qalıb və əzələləri doyuzdurmaq lazımdır. Yəni, əzələləri daha doğrusu bərpa etmək lazımdır. Ona görə də zülal tərkibli qidalara üstünlük verməliyik".

Texnoloq sözlərinə belə davam edib: "Burada toyuq filesi, qızıl balıq, krevetka, qırmızı ət məhsulları, yəni, can əti və yaxud da ki, yanında karbohidrat olaraq parda bişmiş tərəvəzlər ola bilər. Yəni, idmandan sonra bu kimi qidalara üstünlük vermək lazımdır. Amma qida rasionunu aşmamaq, mədəni yükləməmək şərtilə az miqdarda idmandan sonra qida rasionunu aşmadan istehlak etmək olar".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...