Qida təhlükəsizliyinin qeydiyyata alma prosesi davam edir - AQTA

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyulun 15-də qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb. AQTA-dan SİA-ya verilən məlumata görə, qeyd edilən tarixdə 19 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə