Son zamanlar "rekert jurnalistlər" barədə xəbərlər gündəm olub. Onların sayı günü-gündən artmaqdadır. Bəs paytaxt sakinləri "reket jurnalist"lərin utanverici əməllərinə necə baxır? Bu haqda SİA olaraq paytaxt sakinləri arasında sorğu keçirdik.
Şəhər sakini Rüstəm Zeynalov: "Çox pis haldır. Jurnalistlər nəyin harada və necə baş verdiyini öyrənməlidir. Kimlərdənsə pul tələb etmək jurnalistlərə yaraşmaz".
Şəhər sakini Ülvi Abdullayev: "Jurnalist özünü pula satmamalıdır. Azad fəaliyyət göstərməlidir. Kiminsə sifarişi ilə xəbər hazırlamamalı və kimlərdənsə pul tələb etməməlidir".
Şəhər sakini Fəhimə Həsənova: "Bu çox pisdir. İnsanların emosiyaları, hisləri ilə oynayırlar. Məncə, dövlət buna qarşı sərt tədbirlər aparmalıdır ki, belə hallar təkrarlanmasın".
Şəhər sakini Orxan Abdullayev: "Bu, sadəcə, biabırçılıqdır. Bir insan özünü bu qədər alçaltmamalıdır. Kimlərdənsə pul tələb edib ona şantaj eləmək iyrənclikdir. Jurnalistlərin belə şeylərə əl atması onların özlərinin öz peşələrinə hörmətsizliyidir".
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB