"Delta ştammı" Azərbaycanda yayılıb? - DİQQƏT - HƏKİMLƏR AYDINLIQ GƏTİRDİ
““Delta ştammı”nın Azərbaycana gəlməsi ilə ölkə ərazisində qaydalar biraz sərtləşə bilər. Sərtləşməyə gedilərsə, xəstələrin sayında artım baş verə bilər. Bunun üçün də qapanmalara getdikcə bizim gələcəkdə problem yaşamağımıza gətirib çıxaracaqdır”. Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev açıqladı.
Onun sözlərinə görə, buna baxmayaraq dediyimiz kimi qızıl qaydalara əməl etməklə, sosial məsafəni gözləməklə, dezinfeksiyaedici maddələrdən istifadə etməklə, maska taxmaqla biz bunların qarşısını ala bilərik: “Baxmayaraq ki, qonşu dövlətlərdə bu xəstəlik artıq tüğyan edib, amma hal-hazırda bizdə peyvəndləşmə işinin sürətlə aparılmasını nəzərə alsaq, düşünürəm ki, bu xəstəlik bizdən yan keçə bilər. Lakin buna da arxayın olmaq olmaz, dediyim kimi bu qaydalara əməl etmək lazımdır”.
Mövzu ilə bağlı həkim infeksionist Xatirə Əliyeva fikir bildirib ki, bütün ölkələrdə olduğu kimi Azərbaycanda da “Delta ştammı”nın yayılması ciddi narahatçılıq doğurur: “Belə ki, delta virusu hər an artmaqdadır. Dünyanın bir çox ölkələrində bu ştammın qarşısının alınması üçün elm adamları ciddi məşğul olurlar. Tam peyvənd olunan şəxslər belə yeni növ delta virusuna yoluxa bilərlər. Məsələn, İsraildə əhalinin 60%-i ən effektivli vaksinlərdən olan "Biotech" ilə peyvəndləniblər. Buna baxmayaraq "Delta ştamm"ı təhlükəsi günü-gündən artır. Rəsmi məlumatlara əsasən yeni yoluxanların 40-50%-i vaksinasiya olunanlardır. Bu da onu göstərir ki, vaksin delta virusuna qarşı gözlənilən nəticəni vermir. Buna görə də, profilaktik məqsədlə üçüncü dozanı düşünmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB