TUMİB “Qafqaz İslam Ordusunun" Azərbaycana gəlişinin 92-ci ildönümü ilə bağlı Nefçala şəhərində tədbir keçirib

SIA-nın məlumatına görə, Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyinin və "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) nümayəndələri Nefçala şəhərində Ulu Öndər Heydər Əliyevin və "Qafqaz İslam Ordusunun" əskərlərinin abidələrini ziyarət edərək əklil qoyublar.

Daha sonra "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Nefçala şəhərində "Qafqaz İslam Ordusunun" Azərbaycana gəlişinin 92-ci ildönümünə həsr olunmuş konfrans keçirib.

Konfransda "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov, Neftçala rayon İcra Hakimiyyəti başçısının birinci müavini Dilavər Əliyev, Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirinin müavini polis general-mayoru İsmayıl Çalışkan, "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin Tarixi Araşdırmalar Mərkəzinin rəhbəri Əkbər Nəcəf və "Birliyin baş katibi Rauf Əliyev çıxış edərək, "Qafqaz İslam Ordusunun" Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğundan, habelə Türk Dünyasının iki böyük öndəri Mustafa Kamal Atatürk və Heydər Əliyevin çizdiyi yolun hər bir türk üçün Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsində örnək olmasından danışmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...