Gümrü hərbi bazası muzdluları qəbul etməyə hazırlaşır

Rusiyanın Cənub Hərbi Dairəsinin Gümrüdəki 102-ci hərbi bazasında muzdlu hərbçilərin qəbulu ilə əlaqədar əsgər kazarmalarının yenidən qurulmasına başlanılıb. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, kazarmalar xidməti evlərə çevrilərək müqavilə əsasında hərbi xidmət keçənlərə veriləcək.

Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin verdiyi xəbərə görə, xidməti evlərin hazırlanma prosesinə bu ilin əvvəlindən başlanılıb.

Qeyd edək ki, Gümrüdəki Rusiya bazasının yerləşdiyi "Böyük Qala"nın tarixi XVIII əsrə gedib çıxır. Rusiya imperiyasının işğalçı qoşunları üçün tuğ daşlardan inşa edilmiş hərbi təyinatlı qala bu gün də öz möhtəşəmliyini qoruyub saxlayır. Mütəxəssislərin bildirdiyinə görə, təmirdən sonra bu tikililər hələ uzun müddət öz keyfiyyətini qoruyub saxlaya biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə