Paytaxtda 36 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-23, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37 , dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz : Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə