Avtomobil şüşələrinin həddindən artıq tündləşdirilməsi hansı risklər yaradır? - AÇIQLANDI

Avtomobil şüşələrinin həddindən artıq tündləşdirilməsi hansı risklər yaradır? - AÇIQLANDI

Avtomobil şüşələrinin tündləşdirilməsi üçün istifadə olunan xüsusi plyonkaların müəyyən üstünlükləri var. Xüsusilə gündüz saatlarında onlar günəş şüalarının təsirini azaldır, avtomobil salonunda olan şəxsləri, eləcə də sürücünü günəşdən qoruyur və daha rahat idarəetmə şəraiti yaradır.

Bu sözləri SİA-ya açıqlamasında avtomobil ustası Sahil Ağabəyli deyib.

O bildirib ki, hətta ön şüşədə normativlər çərçivəsində, təxminən 50 faizə qədər işıqötürmə qabiliyyətini təmin edən tündləşdirmə sürücünün gözünün qamaşmasının qarşısını ala və görmə rahatlığını artıra bilər:

“Lakin arxa şüşələrin və arxa qapıların yan şüşələrinin pərdə ilə örtülməsi düzgün deyil. Bu cür pərdələr sürücünün görünüş sahəsini məhdudlaşdırır. Xüsusilə gecə saatlarında avtomobilin sağ və sol tərəfində hərəkət edən piyadanı, maneəni və ya digər nəqliyyat vasitəsini vaxtında görmək çətinləşir.

Eyni problem gündüz saatlarında da yarana bilər. Məsələn, avtomobilin yanında hər hansı maneə və ya insan olduqda, pərdə səbəbindən sürücü onu görə bilməyə bilər. Avtomobildə yan güzgülər olsa da, bəzi hallarda maneə və ya piyada güzgülərin əhatə etmədiyi sahədə qala bilər. Bu isə qəza riskini artırır.

Buna görə də avtomobilin şüşələrinin pərdə ilə örtülməsi məqsədəuyğun deyil. Belə örtüklər sürücünün görmə imkanlarını məhdudlaşdırır və yol hərəkəti zamanı təhlükəli vəziyyətlərin yaranmasına səbəb ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə