...Stavropol diyarının qubernatoru Vladimir Vladimirov Qurban bayramını bölgədə istirahət günü etməyi təklif etdi.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Eto Kavkaz” yazır.
Qeyd edək ki, bu il Qurban bayramı 27 mayda qeyd olunacaq.
...Stavropol diyarı çoxmillətli və çoxdinli bir bölgədir. Burada müxtəlif dinlərə mənsub insanlar yaşayır və biz bir-birimizin adət-ənənələrinə hörmətlə yanaşırıq. Bu yaxınlarda pravoslav xristianlar illərdir regional qanunvericiliyə əsasən istirahət günü olan Radonitsa bayramını qeyd etdilər. Qurban bayramını istirahət günü etmək ədalətli olardı. Lakin biz yalnız bölgəmizin sakinlərinin fikirlərini nəzərə aldıqdan sonra qərar verəcəyik. Hörmətli həmvətənlər, xahiş edirəm ki, fikirlərinizi bildirəsiniz, - deyə qubernator Telegram kanalında yazıb və vurğulayıb ki, bu məsələni Dövlət Rəy Platformasında ictimai səsverməyə təqdim edir.
Xatırladaq ki, Qurban bayramı Zilhiccə ayının onuncu günündə (müsəlman təqviminin 12-ci ayı) qeyd olunur və Həcc ziyarətinin, yəni Məkkəyə müsəlmanların ziyarətinin başa çatmasını qeyd edir.
Bayramın ənənələrindən biri heyvanların, adətən qoyun və ya inəklərin kəsilməsidir və sonra ətləri ehtiyacı olanlara paylanır.
Bu bayram səxavəti öyrədir, yoxsulluğu aradan qaldırır və ailə, dostlar və qonşular arasında əlaqələrin qorunmasına kömək edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB