Ötən il Naxçıvan şəhərində 10 istehsal və xidmət sahəsi yaradılıb, 10 sahənin isə fəaliyyəti genişləndirilib.
SİA-nın məlumatına görə, Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda 5 sahənin yaradılması və 9 sahənin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Həmçinin hesabat dövründə Naxçıvan şəhərində ümumilikdə 623 yeni iş yeri açılıb. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 882,6 manat təşkil edib.
2025-ci ildə Naxçıvan şəhərində sənaye məhsulu istehsalı bir il öncəki göstəricidən 4,3 faiz çox olmaqla 240 milyon 250 min 700 manat olub. Qeyd olunan dövrdə rabitə və informasiya xidmətləri 4,3 faiz, pərakəndə ticarət dövriyyəsi 4,1 faiz, ictimai iaşə dövriyyəsi 2,1, əhaliyə göstərilən ödənişli xidmətlər 0,3 faiz artıb.
Ötən il Naxçıvan şəhərində ümumi məhsul buraxılışı 2024-cü illə müqayisədə 9,9 faiz artaraq 690 milyon 428 min 700 manat dəyərində olub. Hesabat dövründə əsas kapitala yönədilmiş vəsait 228 milyon 271 min 300 manat olub ki, bu da 41,7 faiz artım deməkdir. Tikinti-quraşdırma işlərinə qoyulan vəsait 14,7 faiz artımla 149 milyon 443 min 400 manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB