“Ənənəvi ailə ilə müasir ailə modeli arasında mübahisələr getdikcə dərinləşir” - KULTUROLOQ FİKRİ

"Ailə institutu ilə bağlı həm Azərbaycanda, həm də dünyada klassik ənənəvi ailə təsisatları ilə bağlı ictimai, mədəni, etik və kulturoloji mübahisələr getdikcə qızışır. 18-19-20-ci əsrin ailəsi və müasir dövrün ailəsi arasında böyük fərqlər varmı? Gənclər niyə klassik ailə dəyərlərini yaşatmaq istəmirlər? Yeni modelin ailə formatları bizim ənənəvi, tutalım, Azərbaycan milli ailə dəyərlərini məhv edir, yoxsa onun davamıdır"?. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bu cür ictimai müzakirələr hələ çox davam edəcək, amma artıq qəti qərarların qəbul edilməsinin zamanıdır. Azərbaycanda klassik ailə tipi var. Bunlar daha çox kənd yerlərində və şəhərə təzə köç etmiş ailələrdə mövcuddur. Amma onlar da yavaş-yavaş ətrafdakilərin təsiri nəticəsində və ya dəyişən dünya baxışları, həyata baxışları nəticəsində aşınmaya məruz qalır və ya reformaya gəlir. Klassik ənənəvi ailə dəyərləri öz yerini daha çox modern yeni ailə təsisatlarına, formatlarına verir: "Ailə institunun zəifləməsi nədir? Biz ailə deyəndə klassik ata, ana, iki və ya beş uşaqdan ibarət bir ailəni nəzərdə tuturuq. Onlar mütləq bir yerdə yaşamalıdırlar. Ata-ana ayrıla bilməz. Sona qədər qırışsalar da, mübahisə etsələr də, dalaşsalar da, ailə həyatına qətl və ya dava-dalaşla son qoysalar da, onların ayrılması yaxşı baxılmır. Uşaqlar psixoloji travmalarla böyüyür. Atasdakilər nə deyəcək, xətamdan, anamdan, qohum, qonşularına ayıbdır və s. kimi psixoloji gərginlikdə yaşayan bir ənənəvi ailə nəzərdə tutulur. Bu ailə tək deyil. Bunun ətrafında qaynanalar, qaynatılar, qonşular, qohumlar, eyni zamanda tanışlar və icma durur.

Amma müasir dövrün ailəsi biraz fərqlidir. Məsələn, Instagram, Facebook, Twitter üzərindən tanışılan, sosial şəbəkələrdə, iş yerində, ali məktəbdə tanışılan gənclər tərəfindən qurulmuş, heç bir məsuliyyət daşımayan, məsuliyyət daşımaq istəməyən şəxslər tərəfindən formalaşdırılmış, hər iki tərəfin işlədiyi, bir və ya iki uşağın övladlandığı bir modern ailə modeli. Bəzən bu ailədə insanlar rəsmi nikaha girmirlər, ictimai münasibətlərdə olurlar. Bir çox halda ayrılsalar belə, yenə dost qalırlar. Amma konfliktləri birgə həll etməyə çalışırlar, uşaqları birgə böyütməyə çalışırlar.Çox maraqlıdır ki, mən çox fikir vermişəm. Azərbaycanda bir çox ailə var ki, həm özləri boşanırlar, həm uşaqları boşanırlar və ya uşaqları müxtəlif formatda ailə münasibətlərində olurlar, ictimai münasibətlərdə olurlar. Amma televiziyaya çıxıb danışanlar da milli mənəvi dəyərlərdən danışırlar, nağıl danışırlar. Gənclər də bunların həyatlarını tanıyır. Kiçik ölkədə, sosial şəbəkələrdə hər şey yayılır. Bir-birimizə tez informasiya dəyişirik və məlumatlar toplayırıq. Maraqlanırıq və inşallah görürük ki, bunun həyatında, bunun ailəsində o qədər problemlər var və ya bunun ailəsi liberal ailə tipinə məxsusdur.

İnsanoğulları deyək, bəşəri bir universal düşüncə tərcihi var. Və biz məcburuq ki, yaranan ailə modellərinin özünü də qəbul edək. Əlbəttə ki, gənclər ya Azərbaycandan çıxıb gedəcəklər, ya da daha radikal formatlara əl atacaqlar. Və ya sadəcə indiki kimi, başlayan hadisələr kimi. Atalarına, elinə deyəcəklər, onun katına və ya pula yığmaq üçün evlənəcəklər. Üç aydan, altı aydan sonra və ya bir uşağı olandan sonra ayrılacaqlar. Sonra da mübahisələr başlayacaq. Salimiyyət, evin bölünməsi, uşağın böyüdülməsi ilə bağlı məsuliyyətin kimdə olacağı və s. və ya düşmənçilik ediləcək. Bütün bunlar əlbəttə ki, ailə dəyərlərinə böyük təsir edir. Bəziləri deyir ki, zəifləyib, bəziləri deyir ki, ailə içində reforma tələb edir. Və reforma istedadları yaparaq çıxardılar. Azərbaycan ailəsi bu istedada hazırdırmı? Azərbaycan cəmiyyəti bu istedadlara gəlirmi? Əslində gəlir, amma sözdə və ya düşüncə tərzində və ya ətrafdakilərin yanında olanda buna qarşı çıxır.

Bu ailə tipi bizim ənənəvi düşüncə ilə yaşayan mühafizəkar fikirlərlə XXI əsri anlamaq istəyən Azərbaycan insanının mübahisəsinə və müqavimətinə səbəb olur. Azərbaycan insanı hər kəsi özü kimi görmək istəyir. "Xalçaya bürünün, palaza bürünün, elinə sürünün" prinsipi, ailə dəyərlərinə də özünü göstərir. Hər kəs bir-birini kopyalamağa çalışır. Bizim toylar, yaslar kimi, ad günləri kimi, məclislərimiz kimi ailələr də kopyalanır. Və müasir ailə tipini, təsisatını görmək istəmir. Gənclər bu ailə, onları sıxan, onların xoşuna gəlməyən, yeniliyi qarşısına alan ailə təsisatlarını imtina etməyə çalışırlar. Həm də müasir dövrdə çağdaş modern ailə formatları var ki, onlar da Azərbaycana gəlir. Məsələn, tək ana bir uşaqla, dua ata bir iki uşaqla, hətta daha liberal, radikal ailə münasibətləri və ya təsisatları, formatları var. Qadın-qadın, kişi-kişi ailə münasibətləri. Biz bunları istəsək-istəməsək də dünyadan gəlsə, Azərbaycanda da yaransa, biz bunları qəbul etməyə məcburuq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə