Yayda kondisioner otaqda sərinlik yaratmaqla yanaşı, hipotermiya riskini də artıra bilər. Güclü temperatur dəyişikliyi baş ağrısına və bəzi xroniki xəstəliklərin şiddətlənməsinə səbəb ola bilər.
SİA-nın məlumatına görə, bu barədə mütəxəssis bildirib.
O qeyd edib ki, istifadəçilərin ən çox etdiyi səhv kondisionerin temperaturunu çox aşağı təyin etməkdir. Bədəndə qəfil stressin qarşısını almaq üçün daxili və açıq havanın temperaturu 5-7 dərəcədən çox olmamalıdır.
...Əgər çöldə hava +33°C olarsa, kondisionerin dərhal +17°C-yə qoyulması soyuqdəymə və hipotermiyaya yoluxma riskini əhəmiyyətli dərəcədə artırmaq deməkdir.
Əvvəlcə temperaturu +28...+26°C diapazonunda təyin etmək daha təhlükəsiz və daha rahatdır, bədən sərin havaya öyrəşdikdən sonra isə onu tədricən optimal +22°C-yə endirmək olar.
Mütəxəssis süni intellektə malik modelləri seçməyi məsləhət görür, çünki onlar istifadəçinin vərdişlərinə uyğunlaşır və müstəqil olaraq optimal iş rejimini qururlar.
Hava axınının düzgün paylanması da vacibdir. Soyuq hava insana xüsusilə boyun və kürəyinə dəyməməlidir. Yataq otağında kondisioner elə quraşdırılmalıdır ki, yatan adama üfürməsin.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə