İctimai asayışın keşiyində...

2 iyul Polis İşçilərinin Peşə Baramıdır

Azərbaycan polisi mübarizələrlə dolu şanlı həyat yolu keçmişdir. General-polkovnik cənab Vilayət Eyvazovun rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin əməkdaşlarının müstəqil Azərbaycan Respublikasına şərəflə xidmət etməsi, bölgələrdəki Şəhər-Rayon Polis Şöbələri nazirliyin nurlu sabaha, işıqlı gələcəyə hesablanmış mühüm tapşırıqlarına, faydalı tövsiyyələrinə uyğun olaraq xalqımızın asayişinin keşiyində sayıq dayanması, vətəndaşların hüquq və azadlıqlarının hüquqi müstəvidə layiqincə qorunması və bu yolda, yeri gəlmişkən, fədakarlıq göstərməsi barədə kifayət qədər faktlar vardır. Təbii ki, həmin faktları gələcək nəsillərə örnək kimi çatdırmağ mənəvi ö borcumuzdur.

44 günlük II Qarabağ müharibəsi eyni zamanda yüksək rütbəli dövlət məmurlarının Azərbaycan dövlətçiliyinə hədsiz sədaqətini bir daha ortaya qoydu. Azərbaycan polisinin gərgin iş şəraitində işləməsi, Ali Baş Komandan cənab İlham Əliyevin mühüm tapşırıqlarını həyata keçirməsi, şəxsən nazirin gecə-gündüz möhtərəm Prezidentin yanında olması, böyük zəfərin qazanılmasında məqsədyönlü fəaliyyəti hamımıza yaxşı məlumdur.

2 iyul-polis işçilərinin peşə bayramıdır. Şanlı mübarizə yolu keçən, I və II Qarabağ müharibələrində gücləndirilmiş iş rejimində işləyən, böyük zəfərin qazanılmasında danılmaz xidməti olan Azərbaycan polisinin də bayram təntənəsini yaşamağa haqqı var. Nəzərə almaq lazımdır ki, I Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda lazım gələndə canından keçən şəhid polislərimizi necə unutmaq olar?

Fürsətdən istifadə edib peşə bayramı münasibətilə DİN-nin bütün əməkdaşlarını, yerlərdə fəaliyyət göstərən polis işçilərimizi təbrik edir, xalqın asayişi və ictimai sabitliyin qorunmasında onlara uğurlar arzulayıram. Eyni zamanda peşə bayramı münasibətilə Cənab nazirə həsr etdiyim şeiri Azərbaycan polisinə ərməğan edirəm:

MÜBARİZ ƏSGƏR KİMİ
Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin etimadını ləyaqətlə doğruldan, Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edən, ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə əməyini əsirgəməyən, asayişimizin keşiyində igidlik nümayiş etdirən Azərbaycan Respublikası Daxili İşlər naziri general–polkovnik Vilayət Eyvazova.

Ölkədə yaranıb əmin-amanlıq,
Kimlərsə yolunu azmamalıdır.
Hər kəs əməlinə cavab verməli,
Cinayət cəzasız qalmamalıdır.

Yeni bir ab-hava gətirdiniz siz,
Asayiş, intizam qorunmalıdır.
İnkişaf etdikcə gözəl ölkəmiz,
Cəmiyyət saflaşıb durulmalıdır.

Vətən sevgisiylə döyünür qəlbin,
Yüksək etimada layiq olmusan.
Daim sədaqətli bir insan kimi,
Vəzifə borcuna sadiq olmusan.

Razılıq doğurur xalqa xidmətin,
Aydın mövqeyin var, düz məramın var.
Hamıya xoş gəlir əzmin, niyyətin,
Sabaha sarsılmaz bir inamın var.

Coşur ürəyində saf məhəbbətin,
Vətənə xidməti şərəf sanmısan.
Kökü kəsildikcə hər cinayətin,
Özünə sən saysız dost qazanmısan.

Cinayətkar saydın əliəyrini,
Qabağında varsan bir sipər kimi.
Sən xalqın, dövlətin mənafeyini,
Daim qoruyursan bir əsgər kimi.

Öz doğma xalqına xidmət etməkçün,
Qanun sevgisiylə ürəyin vurur.
Güclü Azərbaycan polisi bu gün,
Öz xoş məramıyla zirvədə durur.

Bəxtiyar Hüseynov,
AYB və AJB-nin üzvü,
yazıçı-publisist.

Bütün xəbərlər Facebook səhifəmizdə