Sabah yağış yağacaq? - QURUM RƏSMİSİ AÇIQLADI

"Mayın 24-də Bakı şəhərində və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib.

Onun sözlərinə görə, lakin gündüz saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağma ehtimalı mövcuddur: "Şimal-qərb küləyi əsəcək, küləyin sürəti 8–13 m/s olacaq, axşam saatlarında isə arabir 16 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 16–19°С, gündüz 22–27°С təşkil edəcək.

Azərbaycanın rayonlarında da mayın 24-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakteri alacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə yağıntıların qar şəklində müşahidə olunacağı ehtimal olunur. Qərb küləyi əsəcək, küləyin sürəti 5–10 m/s, bəzi yerlərdə isə arabir 15–18 m/s olacaq. Havanın temperaturu gecə 13–17°С, gündüz 23–28°С təşkil edəcək".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə